“Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı "Uni Oil” MMC-ni məhkəməyə verib.
FED.az-ın xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən Kredit Təşkilatı MMC-dən ümumilikdə 37 milyon 872 min 73 manat kredit borcunun tutululması barədə tələb irəli sürüb.
Həmçinin “Aqrarkredit” məhkəmədən borc tələbinin ‘‘Uni Oil” MMC-yə məxsus daşınar və daşınmaz əmlaklara, o cümlədən MMC-nin “Səyyarmextikinti” ASC-də olan 47,8303 faiz təsis payı həcmində “Səyyarmextikinti” ASC-yə məxsus daşınmaz və daşınar əmlaklara yönəldilməsi, “Uni Oil” MMCnin və “Səyyarmextikinti” ASC-nin həmin əmlaklar üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi, Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq olaraq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə “Aqrarkredit” QSC-nin qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə Kredit Təşkilatının “Uni Oil” MMC-yə qarşı kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatına dair iddiası baxılmamış saxlanılıb.