“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı balansında olan bəzi əmlakların müsabiqə yolu ilə satışının keçirilməsi barədə elan yayıb.
FED.az xəbər verir ki, təşkilat Bakı, Abşeron və Gəncədə yerləşən, ümumi dəyəri milyonlarla manat olan torpaq və qeyri-yaşayış sahələrini satışa təqdim edib.
Müsabiqəyə çıxarılan əmlaklar və onların start qiymətləri aşağıdakı kimidir:
-
Abşeron rayonu, Qobu qəsəbəsi: 3,8666 hektar torpaq sahəsi.
-
Start qiymət: 773.000,00 (yeddi yüz yetmiş üç min) manat.
-
-
Abşeron rayonu, Qobu qəsəbəsi: 5,18 hektar torpaq sahəsi.
-
Start qiymət: 1.191.000,0 (bir milyon bir yüz doxsan bir min) manat.
-
-
Bakı şəhəri, Nərimanov rayonu: Əliyar Əliyev küçəsi 65, 3 nömrəli binada yerləşən 418.10 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi.
-
Start qiymət: 750.000,0 (yeddi yüz əlli min) manat.
-
-
Gəncə şəhəri, Nizami rayonu: Heydər Əliyev prospekti, 391 nömrəli ünvanda yerləşən 2000 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi.
-
Start qiymət: 2.400.000,00 (iki milyon dörd yüz min) manat.
-
-
Abşeron rayonu, Xırdalan şəhəri: Heydər Əliyev prospekti 167 nömrəli ünvanda yerləşən 1625.6 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi.
-
Start qiymət: 1.800.000,0 (bir milyon səkkiz yüz min) manat.
-
Qeyd olunub ki, satışa çıxarılan heç bir əmlak yüklü deyil.
İddiaçılar qarşısında irəli sürülən şərtlər:
Müsabiqədə iştirak etmək istəyən şəxslər aşağıdakı şərtləri nəzərə almalıdırlar:
-
İddiaçı tərəfindən əmlakın elan olunan ilkin satış dəyərinin 0,5% faizi həcmində beh məbləği ödənilməlidir. Müsabiqənin qalibi hər hansı səbəbdən əmlakı almaqdan imtina etdiyi halda, onun tərəfindən ödənilmiş beh məbləği geri qaytarılmır.
-
Təkliflər aydın şəkildə rəqəm və Azərbaycan dilində sözlə yazılmalı, iddiaçılar (və ya nümayəndələri) tərəfindən imzalanmalıdır. Sözlə rəqəm arasında fərq olduqda, sözlə ifadə olunmuş yazı əsas götürülür. Təklif, müsabiqə elanında göstərilən müddətdə imzalanmış (hüquqi şəxsdirsə möhürlənmiş) qapalı zərfdə “Aqrarkredit” QSC-yə təqdim edilməlidir.
-
Bir iddiaçı müsabiqədə iştirak üçün yalnız bir ərizə verə bilər və ərizələrin qəbulu müddəti bitənədək Müsabiqə Komissiyasına yazılı bildiriş verməklə ərizəsini geri götürə bilər.
-
Müsabiqə günü iddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsi müsabiqədə iştirak etməlidir. Zərflər onların iştirakı ilə açılır.
-
Start qiymətindən ən yüksək qiymət təklif edən şəxs qalib elan olunur. Təkliflər eyni məbləğdə olarsa, həmin iddiaçılar yeni təklif təqdim edirlər. Bu proses fərqli təklif alınanadək davam edir. Yenidən təklif verməkdən imtina edən şəxs müsabiqədə iştirak etmir.
-
Müsabiqənin qalibi əmlakın dəyərinin 30 (otuz) bank günü ərzində tam ödənilməsini təmin etmək barədə yazılı zəmanət verməlidir.
Tələb olunan sənədlər:
İştirak üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
-
İddiaçının ərizəsi (Forma “Aqrarkredit” QSC tərəfindən verilir).
-
Şəxsiyyəti təsdiq edən sənəd.
-
Təklif olunan qiymət (bağlı zərfdə, rəqəm və sözlə).
-
Beh məbləğinin ödənildiyini təsdiq edən qəbz.
-
Nümayəndə iştirak etdikdə etibarnamə.
Hüquqi şəxslər üçün əlavə qeyd: Dövlət qeydiyyatı haqqında şəhadətnamə, nizamnamə, qanuni təmsilçinin və ya nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin surəti tələb olunur.
Beh ödənilməsi üçün bank rekvizitləri:
-
Kod: 501587
-
VÖEN: 1300025711
-
SWIFT BIC: ACJTAZ22
-
Ünvan: AZ 1006, Bakı şəhəri, Qədirli küçəsi 125.
-
M/h Mərkəzi Bankda: AZ45NABZ 01350 1000 000 000 35944
-
H/h: AZ67ACJT45019192794010094401











