Banner

Qeyri-Bank

“Aqrarkredit” işçi axtarır -VAKANSİYA

“Aqrarkredit” işçi axtarır -VAKANSİYA | FED.az
16:17 4 Aprel 2018
FED.az xəbər verir ki, “Aqrarkredit” işçi axtarır

Vakansiya haqqında məlumat: 

 

Aqrarkredit” QSC-nin Baş ofisi

Yerləşmə: Bakı şəhəri

Hüquq şöbəsinin müdiri

Vəzifələr:

- Müəssisədə hüquq şöbəsinin fəaliyyətinin təşkili;
- Şöbədə çalışan digər hüquqşünasların fəaliyyətinə nəzarət olunması;
- Departamentin Direktoruna hüquq şöbəsinin fəaliyyəti barədə hesabatların verilməsi;
- Təşkilat adından ölkədə və xaricdə yerləşən  hüquqi və fiziki şəxslər qarşısında hüquqi məsələlərlə əlaqədar təmsil olunması;
- Müəssisədə hazırlanan hüquqi xarakterli sənədlərə, müqavilələrə, əmrlərə və digər sənədlərə rəy verilməsi, qanunvericiliyə uyğunluğunun yoxlanılması və tələb olunduqda bu sənədlərin hazırlanması; 
- Müəssisəyə daxil olan yerli və xarici müqavilələrə, hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə, müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
- Müəssisənin məhkəmədə təmsil edilməsi, məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi; 
- Müəssisənin fəaliyyəti ilə əlaqədar dövlət orqanlarında təmsilçiliyin yerinə yetirilməsi.

Eləcə də bax: "Merkuri BOKT" işçi axtarır - VAKANSİYA

Eləcə də bax: "NBC Bank" işçi axtarır - VAKANSİYA

Namizədə dair tələblər: 

- Ali hüquqi təhsil (magistr təhsili olanlara üstünlük veriləcəkdir)

- Müvafiq sahə üzrə minimum  5 il iş təcrübənin olması;

-İdarəçilik qabiliyyəti

- Azərbaycan dili yüksək səviyyədə, Rus dili arzu olunandır;

- MS Ofis proqramlarından mükəmməl istifadə bacarığı;

- Bank təcrübəsi olanlara üstünlük verilir.

Əmək haqqı namizədlə müsahibə zamanı müəyyən ediləcəkdir.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Hüquq şöbəsinin müdiri” qeyd edərək [email protected]  elektron ünvanına göndərməyinizi xahiş edirik.

Digər xəbərlər

Banner