Amerikanın Kənd Təsərrüfatının Kooperativ İnkişafı qeyri-hökumət beynəlxalq inkişaf təşkilatı - ACDI/VOCA Azərbaycanda 22 il əvvəl yaratdığı və inkişaf etdirdiyi maliyyə şirkətini Rusiyalı investora satıb.
Eləcə də bax: “Optimal Finance” BOKT-un rəhbəri dəyişdi – TƏYİNAT
FED.az xəbər verir ki, söhbət «KredAqro» Bank olmayan kredit təşkilatından (BOKT) gedir.
Sözügedən təşkilat 2000-ci ildə ABŞ-ın ACDI/VOCA təşkilatı tərəfindən Azərbaycanda Kənd Təsərrüfatının Kreditləşdirilməsi Layihəsi çərçivəsində Azərbaycanın doqquz regionunda sahibkarlara maliyyə xidmətlərinin göstərilməsi üçün yaradılmışdır. Təşkilatın fəaliyyətə başlaması üçün ABŞ-dan texniki yardım və 3 milyon dəyərində kredit kapitalı alınıb. 2008–ci ildə ABŞ–ın Beynəlxalq İnkişaf Agentliyi KredAqro-nun təsisçisi olan ACDI/VOCA–ya KredAqro-nun tam mülkiyyət hüququnu verib.
2018-ci ildə ACDİ/VOCA şirkəti öz iştirak payının 100%-ni Rusiya Federasiyanın “AqroMostFinans” şirkətinə satmışdır və həmin ildən “AqroMostFinans” KredAqro-nun yeganə sahibidir.