Azərbaycanda faktorinq xidməti göstərən azsaylı şirkətlərdən biri – «Ferrum Capital» daha 1 milyon manat borc almağa hazırlaşır.
FED.az xəbər verir ki, anterrayteri ölkənin aparıcı investisiya şirkətlərindən biri - «Unikapital» olan istiqrazların buraxılışı ərəfəsində şirkətin maliyyə vəziyyəti açıqlanıb.
Hazırda bors öhdəliklərinin alqı-satqısı (faktorinq, forfeytinq), eyni zamanda lombard və lizinq şirkətləri göstərən «Ferrum Capital» yerli fiziki şəxslərə məxsusdur. Şirkətin 68%-i Qafar DƏmirçi Aydın oğluna, 2Z%-i Həbib Zade Mohammad Rezaya, 4.5%-i «AQA şirkətlər Qrupu» QSC-ya və 4.5%-i "Vesta lnvestment" QSS-uə məxsusdur.
Qeyd edək ki, faktorinq xidmətləri Azərbaycanda çox yayılmayıb, şirkət bu sahədə «Paşa Bank», «AzərTürkBank», «Express Bank» və digər banklarrn, eləcə də «BOKT EmĞaFipaps QSS»-nin də iştirak etdiyi bu sahədə əsas bazar payına malikdir.
2024-cü ilin nəticələrinə görə, «Ferrum Capital»ın kredit portfeli 50,7 milyon manat, portfeldən gəlirləri 22,5 milyon manat, illik xalis mənfəəti 2,7 milyon manat olub.
Qeyd edək ki, şirkətin kreditlərindən faizlər ildən ilə artır – 2022-ci ildə «Ferrum Capital» 38 milyon manatlıq kredit portfelindən 13 milyon manat faiz əldə etmişdi – gəlirlilik 34%. 2023-cü ildə 44 milyon manatlıq kreditlər 18 milyon gəlir gətirmişdi – gəlirlilik 41%. 2024-cü ilin göstəricilərini nəzərə aldıqda isə gəlirlilik 44% təşkil edib.
Şirkətin faiz gəlirləri ilə yanaşı, borcları və faiz xərcləri də artır.
2023-cü ildə «Ferrum Capital»ın müxtəlif tərəflər qarşısındakı öhdəlikləri 53 milyon manat idi və bu öhdəliklərə xidmət üçün faiz xərcləri 4,4 milyon manat idi. 2024-cü ildə isə şirkətin borcları bir qədər də artaraq 67 milyon manata, faiz xərcləri isə 5,6 milyon manata yüksəlib.
Ümumilikdə şirkətin aktivləri 75 milyon manat təşkil edir ki, bunun 50 milyon manatı kredit, 15 milyon manatı isə əlaqəli şəxslərdən alınacaq vəsaitlər təşkil edir.
Şirkətin nizamnamə kapitalı 2000 manat, cəmi kapitalı isə 8,7 milyon manatdır.
«Ferrum Capital» kredit vermək üçün vəsaitləri əsasən, (1) təsisçilərdən borc kimi, (2) banklardan kredit kimi və (3) istiqraz buraxılışlarından cəlb edir.
Əsas yeri banklardan alınan kreditlər tutur. Belə ki, 2022-ci ildə banklardan alınan kreditlər 39,9 milyon manat, istiqrazlardan cəlb edilən vəsaitlər isə 9,5 milyon manat olub. 2023-ci ildə bank kreditləri 48,5 milyon manat, istiqrazdan gəlirlər isə Z,7 milyon manat olub. 2024-cü ildə isə bank kreditləri 44,3 milyon manat istiqrazların gətirdiyi maliyyələşmə isə 11,1 milyon manat olub.
Hazırda «Ferrum Capital»ın ümumi məbləği 16,6 milyon manat olan 4 istiqrazı dövriyyədədir. Bunlar 10 milyon manatlıq, 2,5 milyon manatlıq, 1,1 milyon manatlıq və 3 milyon manatlıq istiqrazlardır.
«Ferrum Capital» növbəti istiqraz buraxılılışına hazırlaşır. Ümumi məbləği 1 milyon manat olan istiqraz buraxılışı hər biri 100 manatdan olmaqla 10 min ədəd istiqrazın yerləşdirilməsini nəzərdə tutur. İstiqrazların faiz dərəcəsi illik 14%-dir, faizlərin 3 aydan (90 gündən) bir ödənilməsi nəzərdə tutulub.
İstiqraz buraxılışının anderrayteri ölkənin aparıcı investisiya şirkətlərindən olan «Unicapital İnvestisiya Şirkəti» ASC-dir.
«Unicapital İ nvestisiya Şirkəti» ASC 08.01.2016-cı il tarixində İqtisadiyyat Nazirliyinin verilmiş İSNİL-30/2016, 087910 saylı müddətsiz lisenziya əsasında qiymətli kağızlar bazarında əsas və yardımçı investisiya xidmətləqini göstərən peşəkar investisiya şirkətidir. «Ferrum Kapital» QSC tərəfindən buraxılacaq istiqrazların anderraytinqi və yerləşdirilməsi «Unicapital İnvestisiya Şirkəti» tərəfindən həyata keçiriləcək.