Cari ilin 11 ayı ərzində Heydər Əliyev adına Beynəlxalq Aeroportu 4,1 mln. sərnişinə xidmət göstərib.
Hava limanından FED.az-a verilən məlumata görə, bu göstərici ötən ilin analoji göstəricisindən 9% çoxdur.
“Azərbaycan Hava Yolları” QSC (AZAL) milli aviadaşıyıcısının payına 1 mln. 756 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 411 min sərnişin düşüb.
İlin əvvəlindən etibarən 3,54 mln. sərnişin (ümumi sərnişin dövriyyəsinin 86%-i) beynəlxalq reyslərlə daşınıb. Beynəlxalq sərnişinlərin ümumi sayının 34%-i AZAL-ın, 11,6%-i isə “Buta Airways”in payına düşüb.
Noyabr ayında beynəlxalq sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna AZAL və “Buta Airways” ilə yanaşı “FlyDubai”, “Turkish Airlines”, “Air Arabia”, “Aeroflot”, “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları), “Qatar Airways”, “Utair”, “SCAT”, “Lufthansa” və “S7 Airlines” daxil olub. Onlar ümumilikdə 118 min sərnişinə xidmət göstərib.