OPEC  və tərəfdaş ölkələrin gündəlik neft hasilatının 1.2 milyon barrel azaldılması barədə razılaşması 3 ölkəyə şamil edilməyəcək.
 
ELƏCƏ DƏ BAX: OPEC və tərəfdaşları razılaşdı
 
FED.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu OPEC prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suheyl əl-Mazrui bildirib.
 
Bu ölkələr İran, Venesuela Və Liviyadır. OPEC prezidenti bildirib ki, İran və Venesuela ABŞ sanksiyaları ilə üzləşdiyi, Liviya isə ölkədə vəziyyət sabit olmadığı üçün belə qərar verilib.
OPEC 3 ölkəyə güzəşt etdi - İSTƏDİKLƏRİ QƏDƏR NEFT ÇIXARACAQLAR
                            
                            
                        
                            21:08
                            7 Dek 2018
                        
                        

            

                
                
                
                
                
                
                
                
                
                
                
                







