Nümayəndələr: OPEC və tərəfdaşları hasilatın 1,2 milyon barrel azaldılması məsələsində razılaşdı
Nümayəndələrə görə, OPEC və təşkilata üzv olmayan tərəfdaşları hasilatın gündəlik 1.2 milyon barrel azaldılması məsələsində razılaşıb. Bu miqdarın 800 min barreli OPEC və qalanı digər istehsalçılar tərəfindən azaldılacaq.
Razılaşma xəbərindən sonra neft qiymətləri qalxır. Bakı vaxtı ilə saat 17:49-a olan məlumata görə, Brent nefti 4,5% bahalaşaraq 62,63 dollara qalxıb.
Səudiyyə Ərəbistanı hasilatın 1 milyon barel azaldılmasını təklif edirdi.