Azərbaycanda bir neçə kredit ittifaqının lisenziyasının ləğv edilməsi həmin təşkilatların artıq bir müddətdir ki, fəaliyyətsiz qalması ilə əlaqədardır. Bunu FED.az-a Azərbaycan Kredit İttifaqları Assosiasiyasının sədri Cəlil Süleymanov bildirib.
ELƏCƏ DƏ BAX: Azərbaycanda 9 kredit ittifaqının lisenziyası - LƏĞV OLUNUB
Onun sözlərinə görə, bağlanan 9 kredit ittifaqından 4-ü assosiasiyanın üzvü idi. Bunlar «Ekonom», «Şahsevən», «Göyçə» və «Nicat» ittifaqlarıdır: «Bunlar onsuz da fəaliyyətsiz idilər, maliyyə mənbələri olmadığına görə, bir neçə ildir heç bir fəaliyyət göstərmirdilər, ona görə də lisenziyaları alınıb. Digər 5 təşkilatlar da onlarda eyni vəziyyətdədir».
C.Süleymanov bildirib ki, hazırda fəaliyyət göstərən kredit ittifaqları nisbətən normal vəziyyətdə olduqlarına görə, yeni onların lisenziyasının geri çağrılması inandırıcı deyil: «Amma yenə də son qərarı vəziyyətdən asılı olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası verir».
Xatırladaq ki, Azərbaycan Kredit İttifaqları Assosiasiyası ölkədəki kredit ittifaqlarının 90%-ni birləşdirir.