Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən 9 kredit ittifaqının lisenziyası ləğv olunub.
FED.az xəbər verir ki, bunlar Şərur rayonundakı “Cavid”, Beyləqan rayonundakı “Ekonom” və “Şahsevən”, Bərdə rayonundakı “Fermer-Marketinq”, Şəki şəhərindəki “Göyçə” və “Nicat”, Bakı şəhərindəki “M.F.”, İmişli rayonundakı “Mirqasım” və Salyan rayonundakı “Üç qardaş” kredit ittifaqlarıdır.
Son nəticədə ölkədə kredit ittifaqlarının sayı 70-dən 61-ə düşüb.