Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə görə, Azərbaycanla dünya dövlətləri arasında rabitə və nəqliyyat xidmətlərinə görə yerli sahibkarların qeyri-rezidentlərə ödədiyi haqlardan ödəmə mənbəyində 6%-lə vergi tutulmalı və dövlət büdcəsinə köçrülmləlidir.
ELƏCƏ DƏ BAX: Vergilər Nazirliyi bunu istəyir – STATUS
FED.az-ın məlumatına görə, bunu iqtisadçı ekspert Rövşən Ağayev “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Ekspert nəzərə çatdırıb ki, 2016-ci ildə bu mənbədən büdcəyə 142.6 mln. manat daxil olub. 2017-də birdən-birə daxilolma 404 mln. manata yüksəlib:
“2019-cu ildə isə cəmi 107 mln. manat proqnozlaşdırılıb. Bir ildə az qala 3 dəfə artım, sonra isə 4 dəfəyə yaxın azalma. Hər halda bunun bir rəsmi cavabı var”.
Keçən il 3 dəfə artıb, gələn il 4 dəfə azalır- STATUS
21:53
3 Dek 2018