"Bloomberg" ümumi varidatı 1,1 trilyonadək olan dünyanın ən zəngin 25 ailəsinin siyahısını hazırlayıb. FED.az xəbər verir ki, siyahıya mülkiyyətin azı bir dəfə vərəsəlik yolu ilə ailə üzvlərinə ötürüldüyü ailələr daxil edilib.
Məşhur iş adamı ABŞ prezidentini necə aldatdı? - PAYTAXTLARIN TARİXİ
Agentlik birinci yerə "Walmart" supermarketlər şəbəkəsinin sahibi Uolton ailəsini layiq görüb. Onların varidatı 151,2 milyard dollar qiymətləndirilir.
Onların ardınca 94,8 milyard dollar varidatla Kox ailəsi gəlir.
Azərbaycan səfiri Britaniya Kralından niyə borc istəmişdi? - TARİX
Üçüncü yerdə isə "Mars" şirkətlər qrupunun təsisçisi Frenk Marsın nəsli qərarlaşıb (89,7 milyard dollar).
Dördüncü yerdə belçikalı “ANHEUSER-BUSCH INBEV” şirkətinin sahibi Van Damm ailəsi (54, 1 milyard dollar), 5-ci yerdə isə «Hermes»in sahibi olan fransız Düma ailəsidir (49,2 milyard dollar).
Müqəddəs məbədin maliyyəçi cəngavərləri – TAMPLİERLƏR
Siyahıda 6-cı yeri «Şanel» şirkətinin sahibi olan Fransanın Vertqeymer ailəsi (45,6 milyard dollar).
Hindistanın məşhur Ambani ailəsi varidatına görə siyahıda 7-cidir. Sənaye müəsssələri olan ailənin varidatı 43,4 milyard dollar təşkil edir.
«BMW» həvəskarları isə özlərinə Almaniyanın Quandt ailəsinin üzvü saya bilərlər. Siyahıda 8-ci yeri tutan bu markanın sahibi olan ailə 42,7 milyard dollara malikdir.
Varlı ailələrin siyahısında 9-cu yeri ABŞ-ın Minessota ştatından olan Karqill, Makmillan ailəsi tutur. «CARGILL» şirkətinə sahiblik edən ailənin 42,3 milyard dollar varidatı var.
Eləcə də bax: "Forbes"də "Ən Varlı 100 Türk" - SİYAHI
Nəhayət, siyahıda 10-cu yeri Almaniyanın «BOEHRINGER INGELHEIM» şirkətinə sahiblik edən Borinqer, Fon Baumbax ailəsi tutur – 42,2 milyard dollar.