Vakansiya haqqında məlumat:
“Aqrarkredit” QSC-nin Baş ofisi
Yerləşmə: Bakı şəhəri
Hüquq şöbəsinin müdiri
Vəzifələr:
- Müəssisədə hüquq şöbəsinin fəaliyyətinin təşkili;
- Şöbədə çalışan digər hüquqşünasların fəaliyyətinə nəzarət olunması;
- Departamentin Direktoruna hüquq şöbəsinin fəaliyyəti barədə hesabatların verilməsi;
- Təşkilat adından ölkədə və xaricdə yerləşən hüquqi və fiziki şəxslər qarşısında hüquqi məsələlərlə əlaqədar təmsil olunması;
- Müəssisədə hazırlanan hüquqi xarakterli sənədlərə, müqavilələrə, əmrlərə və digər sənədlərə rəy verilməsi, qanunvericiliyə uyğunluğunun yoxlanılması və tələb olunduqda bu sənədlərin hazırlanması;
- Müəssisəyə daxil olan yerli və xarici müqavilələrə, hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə, müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
- Müəssisənin məhkəmədə təmsil edilməsi, məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi;
- Müəssisənin fəaliyyəti ilə əlaqədar dövlət orqanlarında təmsilçiliyin yerinə yetirilməsi.
Eləcə də bax: "Merkuri BOKT" işçi axtarır - VAKANSİYA
Eləcə də bax: "NBC Bank" işçi axtarır - VAKANSİYA
Namizədə dair tələblər:
- Ali hüquqi təhsil (magistr təhsili olanlara üstünlük veriləcəkdir)
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübənin olması;
-İdarəçilik qabiliyyəti
- Azərbaycan dili yüksək səviyyədə, Rus dili arzu olunandır;
- MS Ofis proqramlarından mükəmməl istifadə bacarığı;
- Bank təcrübəsi olanlara üstünlük verilir.
Əmək haqqı namizədlə müsahibə zamanı müəyyən ediləcəkdir.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Hüquq şöbəsinin müdiri” qeyd edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.