"Aeroflot" iyulun 29-da Moskvanın "Şeremetyevo" hava limanından 22 reysi və paytaxta istiqamətlənən 31 reysi ləğv edib.
FED.az xəbər verir ki, bunu, hava limanının onlayn-lövhəsində göstərilən məlumatlar sübut edir.
Söhbət aviaşirkətin öz reysləri və törəmə aviaşirkəti "Rossiya" ilə birgə həyata keçirilən reyslərdən gedir.
“Bir gün əvvəl planlaşdırılmış günlük proqramın təxminən 80 faizi yerinə yetirilib”, - şirkət əlavə edib.
Cədvəldəki düzəlişlər, o cümlədən ləğvlər, əsasən Moskvadan və geriyə reysləri əhatə edib - proqramın regional hissəsi tam şəkildə yerinə yetirilib.
Əvvəlki gün "Aeroflot"un İT infrastrukturu geniş miqyaslı kiber hücuma məruz qalıb ki, bu da şirkətin reyslərinin kütləvi gecikməsinə və ləğvinə səbəb olub. (Report)