Azərbaycanda insanların avtomobil alarkən seçimi necə etdiyi məlum olub.
Ayda 1500 manat qazanan şəxs - NEÇƏ MANATLIQ MAŞIN ALMALIDIR? – HESABLAMA
FED.az xəbər verir ki, əhali (500-550 nəfər) arasında keçirilən sorğuda məlum olub ki, respondentlərin böyük əksəriyyəti yeni və ya az sürülmüş avtomobil almaq istəyir.
DTX-nın 8 avtomobil satışa çıxarılır – Qiyməti 3000 Manatdan - SİYAHI
Sorğuda iştirak edənlərin 37%-i bildirib ki, ilk şəxsi avtomobil yeni olmalıdır. Cavab verənlərin 34%-i “Az yürüşlü işlənmiş avtomobil”, 10%-i “Çox yürüşlü işlənmiş avtomobil” variantını seçib. Sorğu iştirakçılarının 19%-i üçün bunun fərqi yoxdur.
Sorğuda i ştirak edənlərin yarıya qədəri (48%) avtomat sürət qutusuna üstünlük verir.
Dizel mühərrikli avtomobillərin qiyməti - 50% BAHALAŞA BİLƏR
Ən maraqlı məqam alıcıların avtomobili hansı meyarlarla seçməsi, yəni avtomobil alanda hansı məqamlara diqqət yetirməsidir. Araşdırma göstərir ki, Azərbaycanda avtomobil seçərkən 90% hallarda iqtisadi məsələlər - maşının qiyməti yanacaq pulu əsas götürülür. Görünür, elə buna görə, hər 3 nəfərdən 2-si kiçik avtomobil almaq istəyir. İri avtomobilləri hər 4 nəfərdən yalnız biri istəyir.
Azərbaycanda illik minik avtomobili istehsalı 2 min ədədi - KEÇİB
Hər 4 nəfərdən biri maşını xarici görünüşünə, hər 5 nəfərdən biri təhlükəsizliyinə görə seçir. Maşının komfortlu olması da hər 4 nəfərdən birini maraqlandırır.
3 variant seçmək imkanına malik olan respondentlər «Avtomobil alarkən nəyə üstünlük verirsiniz?» sualına aşağıdakı kimi cavab veriblər:
· Qiymətə – 48%;
· Yanacaq sərfiyyatına – 41%;
· İstehsal ilinə – 35%;
· Xarici görünüşünə (rəng və s.) – 25%;
· Komfortlu olmasına – 25%;
· Texniki təchizatına – 23%;
· Təhlükəsizlik baxımından etibarlılığına – 21%;
· Mühərrikin gücünə – 21%;
· Hansı ölkədə istehsal olunmasına – 15%;
· Marka/modelin prestijli olmasına – 15%;
· Usta məsləhətinə – 13%;
· Sərnişin oturacaqlarının sayına – 3%;
· Avtomobilim yoxdur – 33%.
Sorğuda avtomobili olanların 64%-i, yəni hər 3 nəfərdən 2-si avtomobili satış üzrə vasitəçilərin köməyi ilə əldə edib. Cavab verənlərin 21%-i maşını həmin şirkətin Azərbaycandakı ölkəmizdəki rəsmi təmsilçisindən aldığını, 16%-i isə xarici ölkədən gətirdiyini bildirib. Başqa sözlə maşın alanlardan hər 5 nəfərdən yalnız 1-i rəsmi distrübitorlara üz tutur.
Sorğuda maşını olanların 56%-i bildirib ki, avtomobili öz vəsaiti hesabına, alıb. 37%-i maşını kreditlə, 6% lizinq yolu ilə aldığını söyləyib.
Respondentlərin 25%-i hesab edir ki, avtomobil 150-200 min km yürüş məsafəsindən sonra yenilənməlidir. Sorğu iştirakçılarının 25%-i “250 min km-dən çox”, 17,8%-i “100-150 min km”, 17,8%-i “200-250 min km”, 14,4%-i isə “100 min km” cavabını seçib.