2021-ci ilin yanvar-dekabr aylarında (12 ayda) Azərbaycanda 2043 ədəd və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,8% çox (və ya 93 ədəd çox) minik avtomobili istehsal olunub (yığılıb).
Eləcə də bax: Dizel mühərrikli avtomobillərin qiyməti - 50% BAHALAŞA BİLƏR
2021-ci ilin yanvar-noyabr aylarında (11 ayda) Azərbaycanda 1992 ədəd minik avtomobili istehsal edilmişdi. Beləliklə, dekabrda Azərbaycanda 51 ədəd minik avtomobili istehsal edilib. Sentyabrda Azərbaycandakı müəssisələr tərəfindən 302 ədəd, oktyabrda 346 ədəd, noyabrda isə 130 ədəd avtomobil buraxılmışdır.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 01.01.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 340 ədəd təşkil edib. 01.12.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 381 ədəd təşkil etmişdi.
2021-ci ili yanvar-dekabr aylarında Azərbaycanda 651 ədəd traktor istehsal edilib. İstehsal 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə artıb. 01.01.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 53 ədəd təşkil edib.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda 1949 ədəd və ya 2019-cu illə müqayisədə 411 ədəd az minik avtomobili, 300 ədəd və ya 2019-cu illə müqayisədə 66.9% az traktor istehsal edilmişdi.
Qeyd edək ki, Azərbaycanda minik avtomobilləri Neftçala, Hacıqabul və Naxçıvanda, traktorlar isə Gəncədə istehsal edilir.
(Marja)