22 fevral 2022-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hərracda dövlətə məxsus 29 nəqliyyat vasitəsi satışa çıxarılıb.
1-2-ci sətirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin balansında olan nəqliyyat vasitələri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.
3-cü sətirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin balansında olan nəqliyyat vasitəsinin satışı üzrə keçirilən 23.11.2021-ci il tarixli hərracın nəticəsi ləğv edildiyindən nəqliyyat vasitəsi təkrar hərraca çıxarılır.
4-6-ci sətirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin balansında olan nəqliyyat vasitələrinin satışı üzrə keçirilən 21.09.2021-ci il tarixli hərracın nəticəsi ləğv edildiyindən nəqliyyat vasitəsi təkrar hərraca çıxarılır.
7-ci sətirdə Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun balansında olan nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.
8-ci sətirdə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun balansında olan nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.
9-cu sətirdə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının balansında olan nəqliyyat vasitəsinin satışı üzrə keçirilən 27.07.2021-ci il tarixli hərracın nəticəsi ləğv edildiyindən nəqliyyat vasitəsi təkrar hərraca çıxarılır.
10-11-ci sətirdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin balansında olan nəqliyyat vasitələrinin satışı üzrə keçirilən 16.11.2021-ci il tarixli hərracın nəticəsi ləğv edildiyindən nəqliyyat vasitəsi təkrar hərraca çıxarılır.
12-ci sətirdə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat Birliyinin Tərtər Elektromexanika zavodunun balansında olan nəqliyyat vasitəsinin satışı üzrə keçirilən 29.06.2021-ci il tarixli hərracın nəticəsi ləğv edildiyindən nəqliyyat vasitəsi təkrar hərraca çıxarılır.
13-cü sətirdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun balansında olan nəqliyyat vasitəsinin satışı üzrə keçirilən 29.06.2021-ci il tarixli hərracın nəticəsi ləğv edildiyindən nəqliyyat vasitəsi təkrar hərraca çıxarılır.
14-16-cı sətirdə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat Birliyinin Gəncə Elektromexanika zavodunun balansında olan nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.
17-19-cu sətirdə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin balansında olan nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.
20-23-cü sətirdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin balansında olan nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.
24-cü sətirdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.
25-ci sətirdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Komleks Mexaniki Təminat İdarəsinin balansında olan nəqliyyat vasitəsi 5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılır.
26-27-ci sətirdə Azərbaycan Respublikasının Baş Prokurorluğunun balansında olan nəqliyyat vasitələri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.
28-29-cu sətirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin balansında olan nəqliyyat vasitələri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.
Məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş vermiş (əmlakın start qiymətinin 10%-i həcmində beh ödəmiş) şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı balanssaxlayıcı təşkilat tərəfindən yaradılır.
Hərracda iştirak etmə qaydaları və nəqliyyat vasitələri haqqında məlumat əldə etmək üçün telefon: 566-07-44; 514 23 64
Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖEN)
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)