Azərbaycanın dənizdə daşımalar üzrə əsas operatoru olan «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» ASC (ASCO) 2024-cü ildə zərərlə işləməyə başlayıb.
ASCO-nun işçilərinin sayı son bir ildə 34 nəfər azalıb
FED.az şirkətin eyni gündə açıqladığı 2023-cü il və 2024-cü ilinilk yarısı hesabatlarına istinadən xəbər verir ki, ötən il «Xəzər Dəniz Gəmiçiliyi» ASC-nin gəlirləri və mənfəəti azalıb.
2024-c ildə isə gəlirlər bir qədər də azalıb və şirkət zərərlə işləməyə başlayıb.
Beləliklə, 2023-cü ildə Gəmiçiliyin gəlirləri 524 milyon manat təşkil edib ki, bu da 2022-ci ildəki göstəricidən 46 milyon manat və ya 8% azdır. Satışların maya dəyəri isə əksinə 6 milyon manat artaraq 2022-ci ildəki 369 milyon manatdan 2023-cü ildə 375 milyon manata yüksəlib.
Şirkətin digər xərcləri də artıb, məsələn inzibati xərcləri 52 milyon manatdan 61 milyon manata yüksəlib – nəticədə ASCO 2023-cü ili cəmi 59 milyon manat əməliyyat mənfəəti ilə tammalayıb. 2022-ci ildə bu rəqəm 93 milyon manat idi.
2023-cü ildə digər gəlir və xərcləri də nəzərə aldıqda, Gəmiçiliyin mənfəəti 56,4 milyon manat olub, bundan 12,7 milyon manat mənfəət vergisi ödəyəndən sonra xalis mənfəət cəmi 43,7 milyon manat təşkil edib. 2022-ci ildə isə Gəmiçilik 65,4 milyon manat gəlir əldə etmiş, büdcəyə də 26 milyon manat vergi ödəmişdi – yəni 2023-də büdcəyə ödənişlər də 2 dəfədən çox azalıb.
Gəmiçiliyin satışlarının azalması, əksinə maya dəyərinin artması, nəticədə maliyyə gəlirlərini azalması, 2024-cü ildə də davam edib.
Belə ki, 2024-cü ilin ilk yarısında şirkətin gəlirləri 202 milyon manata enib. Satışın maya dəyəri isə 167 milyon manat təşkil edib.
2023-cü ilin eyni dövrü ilə müqayisədə gəlirlər 75 milyon manat və ya 27% azalıb. Gəlir marjası isə 92 milyon manatdan 34 milyon manata enib.
Gəmiçilik işçilərin bir hisəsinin ixtisarı ilə inzibati xərcləri azalsa da, (31,7 milyon manatdan 28 milyon manata düşüb) bu da azalmanı kompensasiya etməyib.
Nəticədə ötən ilin ilk yarısında qeydə alınan 31,7 milyon manatləq əməliyyat mənfəəti bu il 18,7 milyon manat əməliyyat zərəri ilə əvəz edilib.
Digər gəir və xərcləri də nəzərə aldıqda ASCO 2024-cü ilin ilk yarısında 16,7 milyon manat zərər edib, halbuki, 2023-ün ilk yraısında şirkət 18,7 milyon manat gəlir götürmüşdü.
2024-cü ilin ilk yarısında Gəmiçiliyin aktivləri 1 milyard 815 milyon manat aktivləri olub, bu bir il əvvəllə müqayisədə 275 milyon manat, bu ilin əvvəli ilə müqaysədə isə 72 milyon manat artıqdır.