Avropanın ən böyük limanı olan Rotterdam limanından Rusiyadan və Rusiyaya konteyner daşımaları tamamilə dayandırılıb.
FED.az xəbər verir ki, bu barədə Rotterdam limanının saytında yerləşdirilən məlumatda deyilir.
Rusiyadan kömür, xam neft, neft məhsulları və mayeləşdirilmiş təbii qazın (LNG) idxalına qarşı sanksiyaların qüvvəyə minməsi ərəfəsində bu malların tədarük həcmi azalır. Aİ-dəki şirkətlər digər ölkələrdən idxala diqqət yetirirlər.
Ümumilikdə, ilk 6 ayda limanın yük dövriyyəsi illik ifadədə 0,8 faiz artıb. İlk növbədə, dinamikaya LNG və kömür idxalının kəskin artması təsir edib ki, bu da Rusiyaya qarşı sanksiyalarla bağlıdır. (Trend)