Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) dekabr ayı üzrə tədiyə balansının statistikasını açıqlayıb.
Eləcə də bax: Türkiyə vətəndaşların qızıllarını milli valyutaya - ÇEVİRƏCƏK
FED.az xəbər verir ki, ölkənin cari əməliyyatlar hesabında dekabr ayında 3,84 milyard dollar kəsir yaranıb.
Beləliklə, cari əməliyyatlar balansında son 1,5 ilin ən yüksək aylıq kəsiri qeydə alınıb.
Türkiyənin xarici ticarət kəsirinin dekabr ayında sürətlə artdığı müşahidə edilib. Belə ki, dekabr ayında xarici ticarət kəsiri əvvəlki ilin eyni ayı ilə müqayisədə 49,3% artaraq 4 milyard 550 milyon dollardan 6 milyard 792 milyon dollara yüksəlib.
Cari əməliyyatlar hesabına – ölkənin xarici ticarəti (idxal-ixrac), əldə edilmiş və göstərilmiş xidmətlər, əldə edilmiş və ödənilmiş faktor gəlirlər (əmək haqqı, divident, faiz, renta və digər bu tip ödənişlər) və cari transfertlər (pul baratları, humanitar yardımlar, qrantlar və s.) aiddir. (Marja)