Türkiyənin maliyyə naziri Nurəddin Nəbati ölkə vətəndaşlarının qızıllarının milli valyutaya çevrilməsi və bank sisteminə daxil edilməsi məqsədi daşıyan yeni sxemin hazırlandığını açıqlayıb.
Eləcə də bax: Türkiyədə büdcə kəsiri 145 mlrd lirəni - KEÇDİ
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, nazir planı Londona səfəri zamanı investorlara təqdim edib. Onun sözlərinə görə, Ankara türk evlərində saxlanılan və dəyəri 250 milyard dollar olan qızılın 10%-nin yerli lirəyə çevriləcəyinə ümid edir.
“Bu tədbirlə biz döşək altında təxminən 5 min ton qızılı bank sisteminə yönləndirəcəyik. Bu, təxminən 250-350 milyard dollara bərabərdir. Məbləğin müəyyən hissəsi Mərkəzi Bankın valyuta ehtiyaclarını təmin edəcəkdir”, – deyə
Nazir əlavə edib ki, 30.000 zərgərlik mağazası bu sxemə cəlb olunacaq, beş emalı zavodu türklərdən alınan qızıl-zinət əşyalarını külçəyə çevirməyə başlayacaq. Bundan sonra onlar Mərkəzi Bankın ehtiyatlarına düşəcək.
Böyük Britaniyanın paytaxtında keçirdiyi məsləhətləşmələr zamanı respublikanın maliyyə nazirliyinin rəhbəri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın faiz dərəcələrini aşağı saxlamaq siyasətini müdafiə edib və inflyasiyanın 2022-ci ilin sonuna kimi aşağı düşəcəyini vəd edib.