Rusiya prezidenti Vladimir Putin gözləri görməyən 17 yaşlı Reqina Parpiyevanın arzusunu yerinə yetirib.
“FED.az-ın məlumatına görə, Putin jurnalist olmaq istəyən Reqinanın ondan müsahibə götürməsinə razılaşıb. Həmsöhbətini əllərinin köməyi ilə tanımağa çalışan qız prezidentin üz cizgilərinə toxunaraq “Siz çox yaraşıqlı və yaxşı insansınız” deyib.
ELƏCƏ DƏ BAX: İşdəki xarici müdirlər
Duyğu dolu anlar yaşanarkən Putin Reqinaya təşəkkürünü bildirərək onun əllərindən öpüb.