OPEC və tərəfdaş ölkələrin gündəlik neft hasilatının 1.2 milyon barrel azaldılması barədə razılaşması 3 ölkəyə şamil edilməyəcək.
ELƏCƏ DƏ BAX: OPEC və tərəfdaşları razılaşdı
FED.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu OPEC prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suheyl əl-Mazrui bildirib.
Bu ölkələr İran, Venesuela Və Liviyadır. OPEC prezidenti bildirib ki, İran və Venesuela ABŞ sanksiyaları ilə üzləşdiyi, Liviya isə ölkədə vəziyyət sabit olmadığı üçün belə qərar verilib.
OPEC 3 ölkəyə güzəşt etdi - İSTƏDİKLƏRİ QƏDƏR NEFT ÇIXARACAQLAR

21:08
7 Dek 2018