16 avqust 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105023946 ISIN-li, 10 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Ortamüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac - KEÇİRİLƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 95,587 manat (6,9%) və 98,7236 manat (5,18%) olan 24 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98,1487 manat (5,49%), orta ölçülmüş qiyməti isə 98,3618 manat (5,3748%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 66,422,800.00 manat yerləşdirilmiş həcmi isə 15,000,000.00 manat təşkil edilmişdir.
Hərrac iştirakçıları 17 avqust 2022-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 13 avqust 2024-cü il.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər