Müdrik birinin yanına gənc insan gəlir və deyir : “Özümü lazımsız və aciz hiss edirəm, yaşamaq istəmirəm. Ətrafımda olan insanların əksəriyyəti mənə dəyərsiz bir insan kimi davranırlar, kobudluq edirlər. Mənə kömək et, xahiş edirəm!”
Yaşlı insan ona cavab verir : “Bağışla, heç zamanım yoxdur. Təcili işim var mənim. Amma mənə bir məsələdə kömək etsən, mən də sənə məsləhət verərəm.”
ELƏCƏ DƏ BAX: Tezliklə diplomlar yoxa çıxacaq, fabriklərdə insan qalmayacaq – MÜSAHİBƏ
Barmağından üzüyünü çıxarır və gəncə verərək, “bu çox nadir qaşı olan bir üzükdür, qiyməti olduqca bahadır, bunu apar bazara, qarşına çıxan hər insana təklif et. Bunun qiyməti 10 qızıldır. Daha ucuz satma” deyir.
Gənc üzüyü alır və bazara gedir. Orada işləyən tüccarlara təklif edir. Maraqla üzüyə baxan tüccarlar onun qiymətini eşidəndə maraqlarını itirirdilər. Biri gülür, biri ələ salırdı gənci qiymətə görə. Bütün bazarı gəzərək yüzdən çox insana üzüyü təklif edən gənc ruhdan düşür və geri qayıdır yaşlı müdrikin yanına.
Mən sənin tapşırığını yerinə yetirə bilmədim – sözləri ilə müdrikə uğursuzluğunu ifadə edir.
Belə bir üzüyü satmadan öncə onun əsl qiymətini müəyyən etmək lazımdır. Doğrusunu zərgər bilər. Get zərgərin yanına, ona təklif et üzüyü.
Üzüyü incələyən zərgər gəncə “bu çox dəyərli bir üzükdür. Mən buna 70 qızıl verərəm” deyir. Bu sözlərə çox sevinən gənc geri dönür Müdrikin yanına və zərgərin qiymətini ona çatdırır.
“Gəl otur yanımda” deyir gəncə Müdrik insan. “Sən indi çoz gözəl bir dərs aldın. Hərhansı bir əşyanın dəyərini ancaq zərgər bilər. Amma sən bazarda qarşına çıxan hərkəsə qiymət soruşurdun. Hər insan da belədir – çox dəyərlidir. Amma onun dəyərini ancaq zərgər anlayar. Qarşına çıxan hər insanın fikrini diqqətə alma”
Hər kəsin fikri vacibdirmi? - FƏXRİ AGAYEV YAZIR
21:46
4 Yan 2019