Səudiyyə Ərəbistanında “DeGolyer & McNaughton” müstəqil audit şirkəti tərəfindən aparılan araşdırmalara əsasən, bu ölkənin neft ehtiyatları 264 milyard yox, 266,1 milyard bareldir.
FED.az-ın məlumatına görə, bunu ölkənin energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid əl-Falih bildirib.
ELƏCƏ DƏ BAX: Şirkətlərin qeydiyyatında – YENİLİK
Nazir deyib ki, beləliklə, “Saudi Aramco” dövlət neft şirkətinin dünyada ən bahalı şirkət olduğu təsdiqlənir.
Ölkənin təbii qaz ehtiyatları da 31 dekabr 2017-ci il tarixinə olan məlumata görə, 307 trilyondan 324 trilyon kubfutadək artıb.
D&M şirkəti ölkə ehtiyatlarının 80 faizinədək hissəsini əhatə edən 54 yatağını araşdırdığı halda, “Saudi Aramco”nun ixtiyarında cəmi 364 yatağın olduğu bildirilir. Bundan əvvəl Səudiyyə Ərəbistanı hökuməti dövlət neft şirkətini 2 trilyon ABŞ dollarına dəyərləndirmişdi.
Dünyanın ən bahalı şirkəti – MÜƏYYƏNLƏŞDİ

20:57
9 Yan 2019