SWIFT Beynəlxalq banklararası məlumat ötürülmə və ödəniş sisteminin baş direktoru Qottfrid Leybbrandt istefa vermək qərarına gəlib.
ELƏCƏ DƏ BAX: Qadın ola bilməz - “Lukoyl” PREZİDENTİ
FED.az-ın məlumatına görə, Q. Leybbrandt SWIFT-in 7 il əvvəlkindən tamamilə fərqli bir vəziyyətdə olduğunu bildirib.
O deyib ki, hər zaman idarəçiliyi ötürmək və yeni fəsildən yazmaq vaxtı yetişir: “Fikrimcə, indi bunun zamanıdır".
58 yaşlı baş direktor gələn ilin iyununda səlahiyyətlərini təhvil verəcək.
SWIFT sisteminə dünyanın 200 ölkəsindən 11 mindən artıq maliyyə institutu qoşulub.
Baş direktoru istefa verir – SƏBƏB

20:56
12 Dek 2018