“Lukoyl” şirkətinin prezidenti rəhbəri Vahid Ələkbərov onu vəzifəsində qadının əvəzləməsinin qeyri-mümkün olduğunu bildirib.
FED.az-ın məlumatına görə, V. Ələkbərov davamçısı kimi yalnız kişiləri görür, çünki onun nəzərində lazımi potensiala malik heç bir qadın yoxdur.
ELƏCƏ DƏ BAX: Neft razılaşmasına dair planlarını - AÇIQLADI
Ələkbərov hesab edir ki, bu, neft sahəsində daha çox kişi xarakterinin üstünlük təşkil etməsi ilə əlaqədardır:
“Təəssüf ki, bizim sahə heç vaxt qadın mütəxəssis hazırlamayıb. Həmişə kişi mütəxəssislər hazırlanıb”.
Lakin “Lukoyl”un başçısı gələcəkdə vəziyyətin dəyişəcəyini istisna etməyib. Onun sözlərinə görə, şirkət mütəxəssislərin hazırlanması məsələsində universitetlərlə yaxın əməkdaşlıq edir və rəhbər vəzifələrə mümkün namizədlər arasında dörd qadın var.
Daha əvvəl V. Ələkbərov bildirmişdi ki, davamçısı olaraq neft sahəsindən “texnoloji mütəxəssislər”i görür. Onun sözlərinə görə, rəhbərlik dəyişikliyi beş ildən sonra baş tuta bilər.
Qadın ola bilməz - “Lukoyl” PREZİDENTİ
19:41
11 Dek 2018