2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 138,6 min dkl üzüm şərabı istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 19 min dkl və ya 12,1% azalıb.
Ötən ilin yanvar-fevral aylarında 157,6 min dkl üzüm şərabı istehsal edilmişdi.
2024-cü ilin mart ayının 1-nə hazır məhsul istehsalı 802,4 min dkl təşkil edib.
Hazır məhsul ehtiyatı 91,4 min dkl, yəni 10,2% azalıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 893,8 min dkl olub.