8 sentyabr 2020-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibdə “Zoom” platforması üzərindən onlayn iclası keçirilmişdir.
Eləcə də bax: Aqrar Kredit və İnkişaf Agentliyinə yeni sədr - Təyin Olunub
FED.az xəbər verir ki, “Xəzinədarlıq və Fondların İdarəedilməsi üzrə Ekspert Qrupu”na yeni sədrliyin namizədliyi müzakirə edilmiş, nəticədə sözü gedən vəzifəyə “Kapital Bank” ASC-nin Xəzinə Departamentinin direktoru Fərid Əliyev seçilmişdir.
Nəzərinizə çatıdıraq ki, Fərid Əliyev 2 may 1984-cü ildə anadan olub. 2001-ci ildə Qafqaz Universitetinin İqtisadiyyatın idarə edilməsi fakültəsinin, Bank işi və menecment ixtisasına daxil olub. Sonra Türkiyədəki Sabançı Universitetində yüksək ixtisas proqramını bitirib. 2008-ci ildən bank sistemində işləyir. 2008-2009-cu illərdə Yapı Kredi Bankda qiymətli kağızlarla məşğul olan broker şirkətinə direktor təyin edilib. 2009-2013-cü illərdə DəmirBank-da Xəzinədarlıq departamentinin Qiymətli Kağızlar və Valyuta Əməliyyatları şöbəsinin müdiri, sonra Əməliyyat departamentinin direktoru işləyib. 2013-2014-cü illərdə Paşa Bank-da Investment Banking departamentində işləyib. 2014-2019-cu illərdə Ziraat Bank Azərbaycanda İdarə Heyətinin üzvü olub. 2019-cu ildə Kapital Bank-da Korporativ Satışlar departamentinin direktoru, 2020-ci ildən indiyədək Xəzinədarlıq departamentinin direktorudur. Ailəlidir, 1 övladı var.