ABŞ Prezidenti Donald Trampın, İran üzərindəki bütün Birləşmiş Millətlər Təşkilatı (BMT) sanksiyalarının yenidən qüvvəyə minəcəyi barədə açıqlaması İran rialının daha da ucuzlaşmasına səbəb olub.
FED.az xəbər verir ki, qeyri-rəsmi bazarları izləyən valyuta məzənnələri saytı Bonbast.com-un məlumatlarına görə, bir dollar 267 800 rialdan 273 200 riala yüksəlib (27 min 320 tümənə qalxıb). (Marja)