Eləcə də bax: Mərkəzi Bankdan "uçot dərəcəsi" - AÇIQLAMASI - TAM MƏTN
FED.az xəbər verir ki, onun sözlərinə görə, Mərkəzi Bank pul kütləsinin hədəflənməsi rejimindədir. Yəni əsas məqsəd məzənnə deyil: «Məzənnə bizim aralıq hədəfimizdir. Bizim əsas hədəfimiz qiymət sabitliyidir».
Elman Rüstəmov bildirib ki, dolların məzənnəsi ilə bağlı dəqiq proqnoz yoxdur, amma daxili və xarici amillər Azərbaycanın xeyrinədir: «Dəqiq proqnoz deyə bilmərəm, amma həm daxili, həm də xarici şərait göstərir ki, makroiqtisadi sabitlik var. O cümlədən, neftin qiyməti sabitdir və yüksəkdir. Valyuta mövqeymiz möhkəmdir. ÜDM-nin də artımı dayanıqlıdır. Bütövlükdə bu məsələ makroiqtisadi sabitlikdən asılı olacaq, amma dediyim kimi, bu sahədə sabitlik var».
Eləcə də bax: «Həmin banka ona görə dəstək vermişik ki...» – ELMAN RÜSTƏMOV AÇIQLADI
Elman Rüstəmov bildirib ki, yeni büdcə qaydalarının tətbiqi və orta müddətli xərclər strategiyasının tətbiqi bizə gələcəyə optimist baxmağa imkan verir. İnanıram ki, AMB və Maliyyə nazirliyi birgə fəaliyyətlə orta müddətli dövrdə makroiqtisadi sabitliyi qorumaq üçün lazımi addımları atacaq.