2019-cu ilin yanvar-may aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə 3,4 faiz artaraq 8 milyard 041,7 milyon manat olub.
FED.az-ın məlumatına görə, paytaxtın ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 3 milyard 518,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,6 faiz artaraq 4 milyard 523,1 milyon manata bərabər olub.
İstehlak məhsullarının 27,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26,0 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
Paytaxt əhalisi 8 milyard manatdan çox pulu –HARA XƏRCLƏDİ?
20:45
3 İyul 2019