Prezidenti İlham Əliyevin maliyyə nəzarətinin gücləndirilməsi, Hesablama Palatasının işinin daha səmərəli təşkil edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Hesablama Palatası 2017-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı əlavə hesabat hazırlayıb.
Palatadan FED.az-a verilən məlumata görə, bu hesabatda Hesablama Palatasının həmin il üzrə dövlət büdcəsinin icrası ilə bağlı Qanunun və müvafiq hesabata dair rəyi əsas götürülüb. Hesabatda dövlət büdcəsindən ayrılmış vəsaitlərin inzibati təsnifatı üzrə icrası ilə bağlı daha ətraflı məlumatlar təqdim edilib.
Hesabatın hazırlanmasında əsas məqsəd növbəti il üçün dövlət büdcəsinin layihəsinin qəbulu prosesində nəzərə alınması məqsədilə ətraflı məlumatların təqdim edilməsi, dövlət vəsaitlərinin icrası ilə bağlı şəffaflığın artırılması və hesabatlılığın gücləndirilməsidir.
«Bu hesabatın hazırlanması, eyni zamanda, müvafiq beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yüksəldilməsinə xidmət edəcək»-deyə palatanın məlumatında deyilir.