Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 178 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.
Dövlət Statistika Komitəsindən FED.az- verilən məlumata görə, 104 ölkəyə məhsul ixrac olunmuş, 171 ölkədən idxal olunub.
ELƏCƏ DƏ BAX: İrandan Azərbaycana quş məhsulları gətirilməsinə - QADAĞA
Gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, 2018-ci ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 26534,3 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 17281,7 milyon dollar, idxalın dəyəri 9252,6 milyon dollar təşkil edib. Nəticədə 8029,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 36,4 faiz, o cümlədən ixrac 38,3 faiz, idxal 33,0 faiz artıb. Real ifadədə isə dövriyyə 1,3 faiz, o cümlədən ixrac 1,0 faiz, idxal 1,9 faiz artıb.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 27,7 faizini İtaliyaya, 9,3 faizini Türkiyəyə, 6,3 faizini İsrailə, 4,7 faizini Hindistana, hər biri 4,5 faiz olmaqla Çexiya və Tayvana (Çinin əyaləti), 4,3 faizini Almaniyaya, 3,5 faizini Kanadaya, 3,4 faizini İndoneziyaya, 3,2 faizini Rusiyaya, 3,0 faizini Portuqaliyaya, 2,8 faizini Fransaya, 2,7 faizini Gürcüstana, qalan 20,1 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Azərbaycandan bu ölkələrə məhsul ixrac olunub- SİYAHI
19:57
10 Dek 2018