Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 171 ölkədən məhsul idxal olunub.
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, idxalın dəyəri 9252,6 milyon dollar təşkil edib.
ELƏCƏ DƏ BAX: Azərbaycandan bu ölkələrə məhsul ixrac olunub- SİYAHI
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,0 faizi Rusiya, 14,2 faizi Türkiyə, 10,3 faizi Çin, 5,7 faizi Almaniya, 4,9 faizi ABŞ, 4,4 faizi İsveçrə, 3,9 faizi Ukrayna, 3,7 faizi Yaponiya, 3,3 faizi İran, 3,0 faizi İtaliya, 2,1 faizi Birləşmiş Krallıq, 1,8 faizi Cənubi Afrika Respublikası, 26,7 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2018-ci ilin yanvar-oktyabr aylarında təzə meyvə idxalı 49,5 faiz, çay – 0,4 faiz, quş əti və onun əlavə məhsulları – 22,7 faiz, qara metallardan borular – 1,9 dəfə, minik avtomobilləri – 2,4 dəfə, qara metallardan çubuqlar – 30,4 faiz, mineral gübrələr – 59,7 faiz, mebellər – 28,1 faiz, hesablama maşınları, blok və qurğuları – 14,0 faiz, polietilen – 31,5 faiz, məişət kondisionerləri – 36,9 faiz, yük avtomobilləri – 2,2 dəfə, paltaryuyan maşınlar – 11,0 faiz, sement və sement klinkerləri – 51,2 faiz, avtobuslar – 20,9 faiz, məişət soyuducuları – 1,9 dəfə artıb, buğda idxalı isə 0,4 faiz, siqaret – 3,3 faiz, bitki yağları – 0,7 faiz, xam şəkər və şəkər – 40,2 faiz, kərə yağı, digər süd yağları və pastaları – 19,6 faiz, kartof – 17,0 faiz, mal əti – 10,2 faiz, təzə tərəvəz – 45,1 faiz, polad prokatı – 10,3 faiz, rezin şinlər – 6,0 faiz, qara metallardan künclüklər – 2,9 faiz azalıb.
171 ölkədən bu məhsullar idxal olunub – SİYAHI
20:38
10 Dek 2018