Azərbaycanın xarici ticarəti ilə bağlı yeni rəqəmlər açıqlanıb.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yanvar-may aylarında ölkənin ümumi xarici ticarət dövriyyəsi 20 milyard 552 milyon dollar olub.
Eləcə də bax: Qeyri-neft ixracında pambıq mahlıcı 1-ci, karbamid 2-ci, pomidor 3-cü yeri tutub
Bu ötən illə müqayisədə 8,7 milyon dollar və ya 73% artıqdır.
İlk 5 ayda xarici ticarət dövriyyəsinin 15 milyard 416 milon dolları ixracın, 5 milyard 135 milyon dolları isə idxalın payına düşüb.
Ötən ilin eyni dövrü ilə müqayisədə ölkədən ixrac 8 milyard dollar və ya 2,1 dəfə artıb.
Xaricdən Azərbaycana idxal isə 742 milyon dollar və ya 17% artıb.
Nəticədə 2022-ci ilin yanvar-may aylarının nəticəsi olaraq ölkənin xarici ticarətində müsbət saldo 10 milyard 281 milyon dollar olub.
Ötən ilin eyni dövrünə nisbətən müsbət saldonun həcmi 7 milyard 250 milyon dollar və ya 3,4 dəfə artıb.