Türkiyə 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycana hazır geyim ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 33,8 faiz artıraraq 61,9 milyon dollara çatdırıb.
Gömrükdə sezon geyimləri ilə "outlet" geyimlərdən - VERGİ FƏRQLİ QAYDADA TUTULMALIDIR - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Noyabr ayında Türkiyə Azərbaycana hazır geyim ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 50,7 faiz artıraraq 6,8 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artaraq 19,1 milyard dollara bərabər olub.
Bu ilin noyabr ayında Türkiyə 1,6 milyard dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 5,4 faiz azdır.
Qeyd olunub ki , son 12 ay ərzində (noyabr 2021- noyabr 2022) Türkiyə 21,3 milyard dollar məbləğində hazır geyim ixrac edib. (Trend)