Rusiya müvəqqəti olaraq üçüncü ölkələrə şəkər tozu və şəkər qamışının, Avrasiya İqtisadi İttifaqına (EEA) taxıl ixracını qadağan edib.
Eləcə də bax: Rusiya Azərbaycan və Türkiyədən tərəvəz idxalını - ARTIRIR
FED.az xəbər verir ki, Rusiya hökuməti tərəfindən yayımlanan yazılı açıqlamada daxili bazarı qorumaq üçün bəzi məhsulların ixracının dayandırılmasına qərar verildiyi bildirilib.
Bəyanatda, "Avropa İttifaqı ölkələrinə taxıl ixracı, üçüncü ölkələrə ağ şəkər və şəkər qamışının ixracı avqustun 31-dək müvəqqəti olaraq qadağandır. Sözügedən məhsulların ixracı hələ də müəyyən şərtlərlə, o cümlədən humanitar yardımlarla həyata keçirilə bilər,"- deyə qeyd olunur. (Fins.az)