"Ölkədə ərzaq buğda ehtiyatları tələbatı qarşılayacaq səviyyədədir".
Eləcə də bax: Azərbaycanın xaricdən aldığı buğda - 30%-DƏN ÇOX BAHALAŞIB
FED.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirinin müavini İlhamə Qədimova Rusiya və Qazaxıstanın buğda idxalını məhdudlaşdırmasının Azərbaycana təsirini şərh edərkən deyib.
Nazir müavini bildirib ki, xaricdən ölkələrin buğda idxalı ilə müvəqqəti qadağalar tətbiq etməsi əvvəllər də yaşanıb. Bu qadağa ölkədə istifadə edilən ərzaqlıq buğda və başqa qida məhsulları ilə də bağlı ola bilər. Amma Azərbaycanın ərzaq ehtiyatı tələbatı qarşılayacaq səviyyədədir.
İ. Qədimova onu da əlavə edib ki, ölkə başçısı İlham Əliyevin tapşırığı ilə ərzaqlıq buğdanın istehsalının artılması və bu sahədə müzakirələr gedir, təkliflər üzərində işlənilir. (Apa)