“İxrac icmalı”nın iyul sayına əsasən Azərbaycandan Rusiyaya qeyri-neft sektoruna aid malların ixracı azalıb.
Eləcə də bax: Pambıq mahlıcı 1-ci, pomidor 2-ci, karbamid 3-cü yeri tutub - İXRAC İCMALI
FED.az xəbər verir ki, 2022-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycandan Rusiya Federasiyasına 382 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mallar ixrac olunub. 2021-ci ilin eyni dövründə ixracın dəyəri 403,8 milyon ABŞ dolları təşkil etmişdi.
2022-ci ilin iyun ayında Azərbaycandan Rusiya Federasiyasına 118,6 milyon ABŞ dollarılıq qeyri-neft sektoruna aid mallar ixrac edilib. Ötən ilin ilk yarısında Rusiyaya qeyri-neft sektoruna aid 124,4 milyon dollar dəyərində mallar ixrac edilmişdi. (Marja)