ABŞ Prezidenti Cozef Baydenin administrasiyası sanksiyaların gücləndirilməsi çərçivəsində Rusiyadan alüminium alışına tam qadağa qoyulmasını nəzərdən keçirir.
Eləcə də bax: Aİ Rusiyaya qarşı 8-ci sanksiya paketini - TƏSDİQLƏYİB
FED.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.
Nəşrin məlumatına görə, Ağ ev Rusiyadan alüminium idxalına tam qadağa, idxal üçün rüsumların rentabelli olmayan səviyyəyə qaldırılması və ya “Rusal” şirkətinə qarşı sanksiyaların tətbiqi də daxil olmaqla, müxtəlif tədbirlər variantlarını nəzərdən keçirir. (Report)