Səhər saatlarından Bakıya yağan güclü yağış ciddi problemlər yaradıb.
FED.az-ın Oxu.az-a istinadən məlumatına görə, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, suyun səviyyəsinin 10-15 sm qalxması nəticəsində “Memar Əcəmi” metro stansiyasının yeraltı keçidini su basıb.
“Metropoliten və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının birgə səyləri nəticəsində problem qısa müddətdə aradan qaldırılıb”, - deyə o, bildirib.
B.Məmmədovun sözlərinə görə, yeraltı keçidi suyun basması metronun işinə təsir etməyib.