2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycan xaricdən 303 milyon 782 min dollar dəyərində 1 milyon 141 min 348 ədəd smartfon idxal edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, idxal göstəriciləri məbləğ ifadəsində 169 milyon 838 min manat, yəni 2,3 dəfə, miqdar ifadəsi ilə 543 min 722 ədəd (91%) çoxdur.
Ötən ilin eyni dövründə ölkəyə 133 milyon 944 min dollarlıq 543 min 722 ədəd smartfon gətirilib.
Bu da o deməkdir ki, 1 ədəd smartfonun idxal qiyməti təxminən 266 dollar (452 manat), ötən ilin eyni dövründə 224 dollara (381 manat) başa gəlib. Smartfonun idxal qiyməti son bir ildə 42 dollar (71 manat), başqa sözlə 18,8% artıb.