Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana ümumilikdə 90 milyon 158,2 min dollar dəyərində 5 756 ədəd yük maşını idxal olunub.
Bu barədə “FED.az” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə ölkəyə idxal olunan yük maşınlarının sayı 40,9% və ya 1 672 ədəd artıb.
Dəyər ifadəsində 7 milyon 717,77 min dollar və ya və 4% artım baş verib.
2022-ci ilin müvafiq dövründə Azərbaycana 82 milyon 440,43 min dollar dəyərində 4 min 84 ədəd yük maşının idxal edilib.
Hesabat dövründə 1 ədəd yük maşının idxal qiyməti təxminən 15 min 663 dollar, keçən ilin eyni dövründə 20 min 186 dollara bərabər olub. Beləliklə, qiymətlər 4 min 523 dollar və ya 22,4% ucuzlaşıb.