Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana ümumilikdə 1 milyard 245 milyon 193,14 min dollar dəyərində 75 058 ədəd minik avtomobil idxal olunub.
Bu barədə “FED.az” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə ölkəyə idxal olunan minik avtomobillərin sayı 33.8% və ya 18 966 ədəd artıb.
Dəyər ifadəsində 581 milyon 102,38 min dollar və ya və 87,5% artım baş verib.
2022-ci ilin müvafiq dövründə Azərbaycana 664 milyon 90,76 min dollar dəyərində 56 min 92 ədəd avtomobil idxal edilib.
Hesabat dövründə 1 ədəd minik avtomobilinin idxal qiyməti təxminən 16 min 590 dollar, keçən ilin eyni dövründə 11 min 839 dollara bərabər olub. Beləliklə, qiymətlər 4 750 dollar və ya 40,1% bahalaşıb.