Dekabrın 8-də Dövlət Gömrük Komitəsi (DGK) ilə Gürcüstanın Maliyyə Nazirliyi Gəlirlər Xidməti arasında onlayn görüş olub.
"Gömrük limiti 150 dollara endiriləcək" iddiasina - KOMİTƏDƏN RƏSMİ CAVAB
FED.az xəbər verir ki, görüşdə Komitə sədrinin müşaviri Anar Bayramov və Komitənin aidiyyəti struktur bölmələrinin rəhbərləri, Dövlət Sərhəd Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndələri iştirak edib.
Toplantıda Azərbaycan və Gürcüstan arasında mövcud sazişə əsasən inşası nəzərdə tutulan “İpək yolu” - “Abreşumis Qza” gömrük postunun layihəsi müzakirə edilib.
Həmçinin texniki məsələlərə dair fikir mübadiləsi aparılıb və hüquqi bazanın yaradılması barədə ilkin razılaşma əldə olunub, təklif və rəylər səsləndirilib.