2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrdən 545 min 890 ABŞ dolları dəyərində 99 ton təbii bal idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 148 min 250 dollar və ya 37,3%, miqdar baxımından isə 24 ton və ya 32% çoxdur.
2022-ci ilin yanvar-oktyabr aylarında 397 min 640 dollar dəyərində 75 ton təbii bal gətirlib.
1 ton təbii balın qiyməti bu 5 511 dollar, ötən il isə 5 219 dollar olub. Beləliklə, idxal qiyməti son bir il ərzində 212 dollar (4%) bahalaşıb.
Bu da o deməkdir ki, təbii balın 1 kiloqramının idxal qiyməti 2023-cü ilin yanvar-oktyabr aylarında 9,37 manat, əvvəlki ilin eyni dövründə isə 9,01 manat olub.