2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanın Qazaxıstana ixracı 60 milyon 180 min dollar təşkil edib.
Azərbaycan Rusiya qarşısında - 922 Milyon Dollar Mənfidədir
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin ilk 6 ayı ilə müqayisədə 2.6 dəfə və ya 36 milyon 956 min dollar çoxdur. 2022-ci ilin müvafiq dövründə Azərbaycandan Qazaxıstana 23 milyon 224 min dollar dəyərində məhsul ixrac edilib.
Qeyd edək ki, hesabat dövründə Qazaxıstandan Azərbaycana idxal edilən məhsulun dəyəri illik müqayisədə 48% azalaraq 157 milyon 970 min dollara bərabər olub.
Cari ilin yanvar-iyun aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Qazaxıstanla ticarətin payı 0.83% təşkil edib. (Apa)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.