2023-cü ilin yanvar-iyun aylarında Azərbaycana 145 milyon 565 min dollar dəyərində 493 min 210 ton buğda idxal edilib.
Azərbaycan buğda idxalını - 27% ARTIRIB
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 23% və ya 92 min 462 ton, məbləğ baxımından isə 1.8% və ya 2 mln. 691 min çoxdur. 2022-ci ilin ilk 6 ayı ərzində Azərbaycana 142 milyon 965 min dollar dəyərində 400 min 748 ton buğda idxal edilib.
Qeyd edək ki, hesabat dövründə ölkəyə gətirilən buğdanın 1 tonun qiyməti 17.2% və ya 61.6 dollar azalaraq 295.1 dollara(501.67 manat) bərabər olub. Bu göstərici ötən ilin müvafiq dövründə 356.7 dollar(606.39 manat) təşkil edib.
Xatırladaq ki, cari ilin ilk 6 ayında buğda idxalı Azərbaycanın ümumi idxalının 1.78%-nə bərabər olub. (Apa)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.